Dietik konfetlər
• 100 q balxurma
• 100 q qoz
•100 q keşyu
• 1 x.q bal
Üzəri üçün: xırdalanmış qoz ləpəsi, üyüdülmüş kokos
Bütün inqredientlər blenderdən keçirdilir, əllər islanıb alınmış kütlədən bir miqdar götürüb top şəklində yumrulanır və istəyə görə qoz və ya kokosa bulanır.
Zövqə görə konfetlərə balqabaq tumu, vanilin, darçın tozu, üyüdülmüş mixək və hil əlavə edə bilərsiniz.