Balxurmalı salat
Lazım olan ərzaqlar:
2 ədəd dondurulmuş balxurma
50 q rukkola
70 q feta pendiri
Küncüt
1 x.q bal
2 x.q zeytun yağı
1 limonun şirəsi
Duz, istiot zövqə görə
Hazırlanması: rukkola yuyulub servis olunacaq qaba yığılır, üzərinə kub şəklində doğranılmış pendir və halqavari doğranılmış xurma əlavə olunur. Sous üçün bal, zeytun yağı və limon şirəsi ayrı bir qabda qarışdırılır və salatın üzərinə gəzdirilir. Ən sonda küncüt səpilir.