BLOQ SAMPLE 1

Bakıda may ayın 16-dan Expo mərkəzdə 24-cü “WorldFood Azərbaycan 2018” Beynəlxalq Qida Senayesi sərgisi keçirilib. Hazırda kənd təsərrüfatı və qida sənayesi iqtisadiyyatın perspektivli və sürətlə inkişaf edən sektorlardan biri hesab olunur. Sərgi statistikası da həmçinin bu tendensiyanı əks etdirərək rekord göstəricilər nümayiş etdirib.
Ötən il Rusiyanın paytaxtı Moskva şəhərində baş tutan “WorldFood 2017” festivalında “Balkhoorma” qızıl medal və sertifikat əldə etməklə “İlin məhsulu” fəxri adını qazanıb. Lakin bununla bizim uğurlarımız bitmədi və bu il “WorldFood Azerbaijan 2018” festivalında biz qurudulmuş şüyüd, moruq, şərbət və cem kimi yeni məhsullarımızı təqdim etdik. Bundan başqa bu il keçirilən “World Food 2018″ sərgisində Balkhoorma brendi ” Ən dadlı stend” adına layiq görüldü və sertifikat ilə təltif olundu.
Qeyd edək ki, sərgiyə ilk ziyarətçi kimi Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev təşlif buyurub və burada yeniliklərimizlə tanış olub.
Sərgilər mayın 18-dək davam etmişdir.